Rifah Residence tikinti şirkətinə məxsus yaşayış kompleksi
Korpus sayı: 3•Mərtəbə sayı: 8-9•Mənzil sayı: 300
Sahə (m²)51,5 - 289,3
Qiymət79 800 AZN-dən
Təhvil tarixiMart 2028
Daxili kreditİlkin ödəniş: 30% Müddət: 36 ay
Parametrlər
Təhvil tarixiMart 2028
Korpus sayı3
Blok sayı1
Mənzil sayı300
Blokdakı liftlərin sayı9
Binada mərtəbələr8-9
Mərtəbədə mənzil sayı Bina B: 4-5 Bina C: 3
Əlavə məlumat
Bakıdan iki saatlıq, Şahdağ Turizm Mərkəzinə isə 20 dəqiqəlik məsafədə yerləşən Rifah Residence aktiv istirahət, təmiz hava və eleqant dağ mühitini ilin hər fəslində əlçatan edir. Müasir memarlığın zərif nümunəsi olan kompleks təbiətlə vəhdətdə yaşamaq üçün yaradılıb. Üç ədəd 8 və 9 mərtəbəli binadan ibarət layihədə 300 mənzil var.
İnfrastruktur sakinlərin rahatlığı üçün layihələndirilib. Əsas məqsəd şəhər komfortunu Qusarın sakit təbiəti ilə birləşdirərək mükəmməl harmoniya və hüzur yaratmaqdır.
Yeraltı dayanacaq sayəsində həyət tamamilə maşınsızdır və yalnız istirahətə xidmət edir. Velosiped cığırları və oyun meydançaları uşaqların təhlükəsizliyini təmin edir. Mövsümi açıq və qapalı hovuz, fitnes zalı, kafe, restoranlar və butik kinoteatr isə sakinlərin bütün ehtiyaclarını Rifah Residence ərazisini tərk etmədən qarşılayır.